Şəkilli şokolad qutusu necə seçilir?
Hər dizayn hazır şablondur: içində şəkliniz üçün yer və yazı sahələri var. Dizaynı açın, şəklinizi yükləyin, adı və sözlərinizi yazın, qutunun necə görünəcəyini elə saytda, sifarişdən əvvəl görürsünüz.
Sonra qutunun içindəki şokoladı seçirsiniz (Milka, Alpen Gold və digər 90–105 qramlıq plitkalar). İstəsəniz qutunu hədiyyə kağızına bükürük, içinə polaroid məktub qoyuruq, yaxud canlı şəkil əlavə edirik, telefonu şəklə tutanda videonuz oynayır.
Hansı dizaynı kimə?
Cütlüklər üçün "Love story" və "Love is…", uşaqlar üçün Kinder və Barbie, maşın sevənlər üçün "Avtomobil", zarafat üçün Netflix, Google və Spotify üslubunda dizaynlar var. Ailə şəkli üçün isə "Family Frame" uyğundur. Münasibətə görə seçmək istəyirsinizsə, hədiyyə fikirlərinə baxın.
Sifariş adətən 1–3 iş günü ərzində hazırlanır: Bakıda ünvana çatdırırıq, bölgələrə poçtla göndəririk.