Instagramda Yaz
Məhsullar 🍫 Dizaynlar 🎉 Hədiyyə fikirləri 🎁 Qablaşdırma 💌 Polaroid məktubYeni 🎬 Canlı şəkilYeni 🏢 Şirkətlər üçünTezliklə
💍 Xonça və nişanTezliklə
Əlaqə 📞 +994 99 230 80 50 💬 WhatsApp
Məlumat Necə İşləyir Suallar Rəylər Əlaqə
Hesab Səbət Giriş Qeydiyyat
Suallar

Tez-tez Soruşulan Suallar

Müştərilərimizin ən çox soruşduğu şeylər. Cavabı tapmasanız, bizə yazın.

Necə sifariş verə bilərəm?
Kolleksiyadan dizayn seçin, şəklinizi yükləyin, səbətə əlavə edin və sifarişi tamamlayın. Hesab açmağa ehtiyac yoxdur — ad, nömrə və e-poçt kifayətdir.
Hansı şokolad növləri mövcuddur?
Kinder, Milka, Alionka və digər premium brendlərin plitkaları ilə qutular hazırlayırıq. Qutunu düzəldərkən hansı şokoladı istədiyinizi özünüz seçirsiniz.
Sifariş neçə günə hazır olur?
Qutular əl ilə hazırlanır. Sifariş verərkən ən tez hansı tarixi seçə biləcəyinizi səhifə özü göstərir; təcili lazımdırsa, növbədənkənar hazırlanma seçimi var.
Bakı xaricinə çatdırılma varmı?
Bəli. Bakı daxilində qapıya gətiririk və ya metroda görüşürük, Azərbaycanın qalan yerlərinə poçtla göndəririk.
Necə ödəniş edə bilərəm?
Kartla saytın özündə — ödəniş səhifəsi bankın səhifəsidir, kart məlumatları bizə gəlmir. Köçürmə ilə də ödəmək olar: hesab nömrəsini sifarişdən sonra göstəririk.
Şəklim yaxşı çıxacaqmı?
Qutunu düzəldərkən şəkli elə orada görürsünüz — kiçik və ya tutqun şəkil olarsa, səhifə sizi xəbərdar edir. Çapdan əvvəl özümüz də bir daha baxırıq; problem olsa, sizə yazırıq.
Fərdi sifarişi geri qaytara bilərəmmi?
Fərdi hazırlanan məhsullar geri qaytarılmır — qutu yalnız sizin şəkliniz üçün hazırlanır. Çatdırılma zamanı zədə olarsa, əvəz edirik.
Hədiyyəni başqasına göndərə bilərəmmi?
Bəli. Çatdırılma ünvanına onun ünvanını yazın; qiymət etiketi qutuya qoyulmur. İstəsəniz, içinə polaroid məktub da əlavə edə bilərsiniz.