Qıza nə hədiyyə etmək olar?
Üzərində onun şəkli, adı və sizin sözlərinizlə hazırlanan şokolad qutusu. Hazır dizaynı seçirsiniz, şəkli yükləyirsiniz, yazıları yazırsınız və qutunun son görünüşünü sifariş verməzdən əvvəl elə saytda görürsünüz.
Qutunun içindəki şokoladı da özünüz seçirsiniz — Kinder, Milka, Alyonka və mağazadan tanıdığınız digər markalar. Beləcə hədiyyə iki şeydən ibarət olur: tanış dad və yalnız bir nəfər üçün yığılmış qapaq.
Hansı gün üçün alınır
Belə hədiyyə ad gününə, tanışlıq ildönümünə, imtahanlardan sonraya, yeni işin ilk gününə, 8 Marta, bəzən də heç bir səbəb olmadan alınır. Günə görə dəyişən şey qutunun üstündəki sözlərdir.
Ad günündə qapağa adı və yaşı yazılır. İldönümündə tanış olduğunuz tarix. Sadə təbrik üçünsə bir cümlə kifayətdir — onun yaxşı bildiyi, kənardan oxuyanın heç nə anlamadığı bir cümlə. Belə yazılar uzun təriflərdən həmişə yaxşı işləyir.
Şəkil də eyni məntiqlə seçilir. Gözəl kadr axtarmayın, tanış kadr axtarın: iki nəfərlik köhnə bir şəkil, dənizin kənarında çəkilmiş selfi, məktəb fotosu, uşaqlıq şəkli. Hansı şəkil daha çox şey xatırladırsa, qapağa o düşsün — qutu açılanda danışılacaq söhbət elə oradan başlayır.
Kimə aldığınız da sözləri dəyişir. Sevgiliyə alınanda qutuda tarix və iki nəfərin şəkli olur, bacıya alınanda uşaqlıq fotosu və bir zarafat, rəfiqəyə alınanda isə yalnız ikinizin bildiyi bir ifadə. Müəlliməyə və ya iş yoldaşına hədiyyədə ad və qısa təbrik kifayətdir; şəkil orada da işləyir, ancaq daha sakit dizayn seçmək yaxşıdır.
Bir şey də var: şokolad yeyilir, qapaq qalır. Çox vaxt onu atmırlar, rəfə qoyurlar. Gül əvəzinə nəsə axtaranlar da elə buna görə belə qutu seçir — gül solur, qapaq isə əlində qalır.
Hansı dizaynı seçmək?
Dizaynlar bölməsində hər üslubun bir neçə variantı var və hamısında şəkli yüklədiyiniz anda qutunun özünü görürsünüz.
- Love Story və Təklif — iki nəfərin öz hekayəsi: şəkil, tarix, ad. Sevgiliyə hədiyyə axtaranlar daha çox bunları seçir.
- Spotify, Dark Spotify və Frame & Player — qutunun üstündə bir mahnı: üz qabığı, mahnının adı və telefonun oxuduğu kod. Aranızda "bizim mahnımız" deyə bir şey varsa, bu dizayn onu birbaşa əlinə verir; qara variant daha sakit görünür.
- Milka, Alyonka (və Azərbaycan üslubunda Alyonka), Kinder, Barbie — hamının tanıdığı bükümlər, ancaq üzərindəki şəkil onundur. Uşaqlıqdan bu şokoladı yeyən adamı gülümsədən hədiyyə.
- Ulduz xəritəsi və Bürc & Astronimiya — seçdiyiniz yerin və saatın səması, yaxud onun bürcü. Doğum saatı, ya da tanış olduğunuz gecə üçün.
- Lokasiya — bir ünvanın ətrafındakı küçələr: ilk görüşün yeri, universitet, uşaqlıq evi.
- Netflix, Google və Love is… — daha yüngül, zarafatlı tərəf. Netflix onu serial afişasına çevirir, Love is… isə bir cümləlik qısa sözlər üçün yaxşıdır.
- Avtomobil — maşınından çox danışan qız üçün: qapaqda onun maşını və adı.
Qərar verə bilmirsinizsə, bir şəkli götürüb iki-üç dizaynda yoxlayın. Hansının yanında dayanmaq istədiyinizi ekranda görəcəksiniz.
Sifariş necə verilir
- Xoşunuza gələn dizaynı seçin və onun səhifəsini açın.
- Şəkli yükləyin, adı və yazıları yazın. Qutu ekranda dəyişir — nə görürsünüzsə, o da hazırlanır.
- İçinə qoyulacaq şokoladı seçin.
- İstəyirsinizsə məktub, canlı şəkil və qablaşdırma əlavə edin.
- Çatdırılma üsulunu seçin, kartla və ya bank köçürməsi ilə ödəyin.
Nə əlavə etmək olar
Polaroid məktub sizin şəklinizlə və sözlərinizlə çap olunub qutunun içinə qoyulur — şokolad qurtarandan sonra qalan hissə elə o olur. Canlı şəkil qutudakı şəklin üzərində sizin videonuzu oynadır: telefonu tutur, heç bir proqram yükləmir. Hədiyyə qablaşdırması qutunu naxışlı kağıza büküb lentlə bağlayır; əldən-ələ verilən hədiyyələr üçün rahatdır.
Nə vaxta hazır olur
Hər qutu əllə hazırlanır: şəkil çap olunur, qapaq yığılır, şokolad içinə qoyulur. Sifariş adətən 1–3 iş günü içində hazırlanır və çatdırılır. Daha tez lazımdırsa, sifariş zamanı ödənişli "təcili" seçimi var.
Bakı daxilində ünvana çatdırırıq, istəsəniz metro stansiyasında təhvil veririk. Azərbaycanın bölgələrinə poçtla göndəririk.
Hansı şəkil daha yaxşı çıxır?
İşıqlı və aydın şəkil, üz böyük görünsün. Arxa fonun qarışıq olması problem deyil. Telefonla çəkilmiş kadr tamamilə normaldır; zəif çıxan yalnız kiçildilmiş, bulanıq fayllardır — söhbətdən götürülmüş ekran şəkilləri, sosial şəbəkə paylaşımlarından yadda qalan balaca fayllar, bir neçə dəfə ötürülmüş fotolar. Əmin deyilsinizsə, sifarişdən əvvəl şəkli WhatsApp-a göndərib soruşa bilərsiniz.
Yazıları rus və ya ingilis dilində yazmaq olar?
Bəli. Adı və sözləri hansı dildə yazırsınızsa, elə o cür çap olunur — istər latın, istər kiril hərfləri ilə. Qısa yazılar qutuda daha yaxşı oxunur, ancaq uzun cümlə də yazmaq olar. Ən doğrusu belədir: mətni yazın və ekrana baxın, çapda da eyni görünəcək.
Başqa şəhərə göndərmək olar?
Bəli, Azərbaycanın bütün bölgələrinə poçtla göndəririk — ünvanı sifariş zamanı yazırsınız. Belə hallarda qablaşdırma əlavə etmək məsləhətdir, yol üçün daha rahat olur. Çatdırılma zamanı zədələnən qutunu əvəz edirik; fərdi hazırlanan məhsullar isə geri qəbul edilmir.
Sualınız qalsa, hər gün 10:00–20:00 arası +994 99 230 80 50 nömrəsinə zəng edin, WhatsApp-dan və ya Instagram-dan yazın.