Instagramda Yaz
Məhsullar 🍫 Dizaynlar 🎉 Hədiyyə fikirləri 🎁 Qablaşdırma 💌 Polaroid məktubYeni 🎬 Canlı şəkilYeni 🏢 Şirkətlər üçünTezliklə
💍 Xonça və nişanTezliklə
Əlaqə 📞 +994 99 230 80 50 💬 WhatsApp
Məlumat Necə İşləyir Suallar Rəylər Əlaqə
Hesab Səbət Giriş Qeydiyyat
🎂 Ad günü hədiyyəsi

Ad günü üçün fərdi hədiyyə

Ad günü sahibinin şəkli, adı və sizin təbrik sözlərinizlə hazırlanan şokolad qutusu, şokolad yeyilib bitəndən sonra da xatirə kimi qalan hədiyyə.

Qutu 6.90 ₼-dan Öz şəkliniz və sözləriniz Bakıda və bölgələrə çatdırılma
53 dizayn

Bu münasibətə uyğun dizaynlar

Birini seçin, şəklinizi yükləyin və sözlərinizi yazın, qutunun necə görünəcəyini dərhal görəcəksiniz.

Alpen gold, şəkilli şokolad qutusu

Alpen gold

Alpen Gold Oreo qablaşdırması üslubunda dizayn, şəkliniz paketin üstündə. Rəfiqəyə, dosta və şokolad sevənlərə; ikilikdə çəkilmiş şəkillər burada xüsusilə yaxşı görünür.

8.52 ₼-dan Fərdiləşdir
Alyonka "Qar qız", şəkilli şokolad qutusu

Alyonka "Qar qız"

«Qar qızı» görkəmində «Alyonka»: üzünüz kəlağayının içinə düşür, naxışlı tor isə alnın üstündən keçir. Altında ad və öz yazdığınız söz. Yeni il hədiyyəsi üçün.

8.52 ₼-dan Fərdiləşdir
Alyonka Aze Sytle Vol 1, şəkilli şokolad qutusu

Alyonka Aze Sytle Vol 1

Azərbaycan üslubunda "Alyonka": kəlağay və xalça naxışlarının içində sizin üz şəkliniz. Anaya, bacıya və milli motivləri sevənlərə, portret şəkil seçin.

8.52 ₼-dan Fərdiləşdir
Alyonka Aze Sytle Vol 2, şəkilli şokolad qutusu

Alyonka Aze Sytle Vol 2

"Alyonka"nın ikinci variantı, eyni xalça və kəlağay üslubu, başqa rəng həlli. Üz şəkli ilə ən yaxşı nəticəni verir.

8.52 ₼-dan Fərdiləşdir
HOT Alyonka Origin, şəkilli şokolad qutusu

Alyonka Origin

Əsl «Alyonka» bükümü: qızıl yazı, tünd fon və kəlağayın içində sizin şəkliniz. Mətn yoxdur, yalnız şəkil — uşaqlıqdan tanış dizaynı sevən anaya, bacıya və rəfiqəyə.

8.52 ₼-dan Fərdiləşdir
Avtomobil, şəkilli şokolad qutusu

Avtomobil

Maşın həvəskarları üçün: avtomobilinizin şəkli, nömrəsi və model yazısı ilə. Oğlana, qardaşa və ya sürücülük vəsiqəsini təzə alana hədiyyə.

26.52 ₼-dan Fərdiləşdir
Baby Vol 1, şəkilli şokolad qutusu

Baby Vol 1

Ad günü üçün şən uşaq dizaynı: çiçəkli çərçivə, "Happy Birthday" yazısı və uşağın tam boy şəkli. Altındakı sətirlərə ad və təbrik yazılır.

8.52 ₼-dan Fərdiləşdir
Baby Vol 2, şəkilli şokolad qutusu

Baby Vol 2

Zərif bənövşəyi çiçək çərçivəsi və uzun mətn yeri, körpə və kiçik uşaqlar üçün. Ürəkdən gələn uzun təbrik yazmaq istəyənlərə.

8.52 ₼-dan Fərdiləşdir
Barbie Vol 1, şəkilli şokolad qutusu

Barbie Vol 1

Çəhrayı Barbie üslubu: "Special edition for" yazısının altında uşağın adı və şəkli. Qızlar üçün ad günü hədiyyəsi.

8.52 ₼-dan Fərdiləşdir
Bürc & Astronimiya, şəkilli şokolad qutusu

Bürc & Astronimiya

Qara gecə səması dərəcəli halqanın içində — klassik ulduz xəritəsi. Tarixi, saatı və yeri siz seçirsiniz: o gecə həmin yerin üstündə hansı ulduzlar varsa, qutuya onlar düşür. Tarix, saat və yer sifariş səhifəsində seçilir; ad, koordinatlar və tarix avtomatik yazılır.

8.52 ₼-dan Fərdiləşdir
Bürc & Astronimiya, şəkilli şokolad qutusu

Bürc & Astronimiya

Krem kağız üzərində qəhvəyi səma — köhnə astronomiya atlaslarının görkəmi. Doğum gecəsi, ilk görüş, toy günü: tarixi yazın, səma özü yerinə düşür. Tarix, saat və yer sifariş səhifəsində seçilir; ad, koordinatlar və tarix avtomatik yazılır.

8.52 ₼-dan Fərdiləşdir
Bürc & Astronimiya, şəkilli şokolad qutusu

Bürc & Astronimiya

Tünd mavi gecə, nazik halqa, ağ ulduzlar — sakit və bahalı görünüş. Adı, tarixi və yeri özünüz yazırsınız, koordinatlar avtomatik düşür. Tarix, saat və yer sifariş səhifəsində seçilir; ad, koordinatlar və tarix avtomatik yazılır.

8.52 ₼-dan Fərdiləşdir
Bürc & Astronimiya, şəkilli şokolad qutusu

Bürc & Astronimiya

Kosmos: bənövşəyi işıq, Süd Yolu və minlərlə ulduz, aşağıda ağa keçir. Künclərə qədər dolu, poster kimi görünən dizayn. Tarix, saat və yer sifariş səhifəsində seçilir; ad, koordinatlar və tarix avtomatik yazılır.

8.52 ₼-dan Fərdiləşdir
Bürc & Astronimiya, şəkilli şokolad qutusu

Bürc & Astronimiya

Yaşıl duman: Süd Yolu boyunca işıqlanan səma, aşağıda ağ kağıza qarışır. Künclərə qədər dolu düzbucaqlı — yazılar üçün aşağıda rahat yer qalır. Tarix, saat və yer sifariş səhifəsində seçilir; ad, koordinatlar və tarix avtomatik yazılır.

8.52 ₼-dan Fərdiləşdir
HOT chocolate Puppin, şəkilli şokolad qutusu

chocolate Puppin

Axan şokolad fonunda cütlük şəkli və uzun mətn. Sevgiliyə və ya həyat yoldaşına, şəklinizi və bir neçə sətir sözünüzü əlavə edin.

8.52 ₼-dan Fərdiləşdir
Cici bebe boz, şəkilli şokolad qutusu

Cici bebe boz

Boz «Cici bebe» qablaşdırması: şəklinizdən yalnız baş götürülür və ortadakı mavi dairəyə oturur. Altında ad və özünüzün yazdığı zarafat.

8.52 ₼-dan Fərdiləşdir
Cici bebe sarı, şəkilli şokolad qutusu

Cici bebe sarı

Hamının uşaqlıqdan tanıdığı "Cici bebe" qablaşdırması, ortasında dairəvi şəkliniz. Zarafatlı və şirin hədiyyə, dosta, bacıya, sevgiliyə.

8.52 ₼-dan Fərdiləşdir
Cici bebe sarı, şəkilli şokolad qutusu

Cici bebe sarı

Sarı «Cici bebe» qablaşdırması, bu dəfə üz kəsimi ilə: şəklinizdən yalnız baş götürülür və hazır bədənin üstünə oturur. Altında ad və öz yazdığınız söz.

8.52 ₼-dan Fərdiləşdir
Dark Spotify, şəkilli şokolad qutusu

Dark Spotify

Tünd Spotify pleyeri: şəkliniz, mahnının adı və ifaçı. "Bizim mahnımız" olan cütlüklər və musiqi sevənlər üçün.

8.52 ₼-dan Fərdiləşdir
Family Frame, şəkilli şokolad qutusu

Family Frame

Milli ornamentli çərçivədə ailə şəkli və "Xoşbəxt ailə tablosu" yazısı. Valideynlərə, nənə-babaya və ailə bayramlarına.

8.52 ₼-dan Fərdiləşdir
Frame & Player, şəkilli şokolad qutusu

Frame & Player

İki sevimli şey bir yerdə: şəkliniz Instagram paylaşımı kimi, altında isə musiqi pleyeri. Ailəyə, sevgiliyə və dosta uyğundur.

8.52 ₼-dan Fərdiləşdir
Google, şəkilli şokolad qutusu

Google

Google axtarış səhifəsi üslubunda zarafat: axtarış sətrinə istədiyinizi yazın, altında isə şəkilləriniz çıxsın. Sevgiliyə və ən yaxın dosta.

8.52 ₼-dan Fərdiləşdir
I love, şəkilli şokolad qutusu

I love

Təkrarlanan "I love you" fonunda əyri yerləşdirilmiş şəkil və sevgi etirafı üçün geniş mətn yeri. 14 Fevrala və ildönümünə.

8.52 ₼-dan Fərdiləşdir
Kinder Vol 1, şəkilli şokolad qutusu

Kinder Vol 1

Kinder qablaşdırması üslubunda dizayn, şəkliniz paketin üstündə, "öz Kinder"iniz. Uşağa və şirniyyat sevən böyüklərə.

8.52 ₼-dan Fərdiləşdir
HOT Kinder Vol 2, şəkilli şokolad qutusu

Kinder Vol 2

Kinder Chocolate üslubu: yuxarıda şəkliniz, altında isə ürək sözlərinizi yazacağınız sətirlər. Uşağa və sevgiliyə.

8.52 ₼-dan Fərdiləşdir
Kinoya gedək?, şəkilli şokolad qutusu

Kinoya gedək?

«Kinoya gedək?» — dəvət qutusu: kinolent, bilet və «Film səndən, biletlər məndən» yazısı. Doldurmağa heç nə yoxdur, sadəcə içindəki şokoladı seçin.

8.52 ₼-dan Fərdiləşdir
Lokasiya, şəkilli şokolad qutusu

Lokasiya

Qara fon, ağ küçələr — sizin yerinizin xəritəsi. Metro, ev, ilk görüş yeri: ünvanı yazın, xəritəni barmağınızla tutub lazımi kadrı seçin. Xəritə məlumatları: © OpenStreetMap.

8.52 ₼-dan Fərdiləşdir
Lokasiya, şəkilli şokolad qutusu

Lokasiya

Ağ kağız üzərində qara küçələr — işıqlı, sakit variant. Eyni xəritə, yalnız tərsinə: açıq rəngli otaqda daha yaxşı oturur. Xəritə məlumatları: © OpenStreetMap.

8.52 ₼-dan Fərdiləşdir
Lokasiya DAİRƏLİ , şəkilli şokolad qutusu

Lokasiya DAİRƏLİ

Dairə, ağ fonda qara küçələrlə. Toy və ildönümü üçün: sadə, işıqlı, çərçivəyə qoymağa hazır görünüş. Xəritə məlumatları: © OpenStreetMap.

8.52 ₼-dan Fərdiləşdir
Love is...   Blue, şəkilli şokolad qutusu

Love is... Blue

Mavi «Love is…»: skamyada oturan tanış cütlük və sizin yazdığınız söz. Sakit rəng, gündəlik kiçik hədiyyə üçün.

8.52 ₼-dan Fərdiləşdir
Love is...   MIX, şəkilli şokolad qutusu

Love is... MIX

Rəngli zolaqlı «Love is…»: mavi, yaşıl, çəhrayı, sarı və narıncı yan-yana. Ən şən variantı, altında hədiyyə verdiyiniz şəxsin adı.

8.52 ₼-dan Fərdiləşdir
Love is...   orange, şəkilli şokolad qutusu

Love is... orange

Narıncı «Love is…», isti və diqqət çəkən rəng. Altında hədiyyə verdiyiniz şəxsin adı yazılır.

8.52 ₼-dan Fərdiləşdir
Love is...   Red, şəkilli şokolad qutusu

Love is... Red

Qırmızı «Love is…»: ürəyin öz rəngi. 14 Fevral və sevgi etirafı üçün ən uyğunu, altında isə adı.

8.52 ₼-dan Fərdiləşdir
Love is...   Yellow, şəkilli şokolad qutusu

Love is... Yellow

Sarı «Love is…»: günəşli, uşaq kimi sevincli variant. Dosta və ya əhvalını qaldırmaq istədiyiniz adama.

8.52 ₼-dan Fərdiləşdir
Love is... Blue, şəkilli şokolad qutusu

Love is... Blue

Mavi "Love is…" dizaynı: tanış saqqız üslubunda, altında isə sizin sözləriniz. Qısa, şirin etiraflar üçün.

8.52 ₼-dan Fərdiləşdir
Love is... Orange, şəkilli şokolad qutusu

Love is... Orange

Narıncı "Love is…", eyni sevimli üslub, isti rəngdə. Bir neçə sətirlik sevgi sözü yazmaq üçün.

8.52 ₼-dan Fərdiləşdir
Love is... Red, şəkilli şokolad qutusu

Love is... Red

Qırmızı "Love is…": ürəklər arasında sizin etirafınız. 14 Fevrala və sevgi etirafına ən uyğunu.

8.52 ₼-dan Fərdiləşdir
Love Story Vol 1, şəkilli şokolad qutusu

Love Story Vol 1

Çəhrayı "Special edition" dizaynı: adı başlıqda, ortada cütlük şəkli, altında isə uzun sevgi mətni. Ən çox seçilən romantik dizaynlardan.

8.52 ₼-dan Fərdiləşdir
Love Story Vol 2, şəkilli şokolad qutusu

Love Story Vol 2

Axşam işıqları və ürəklər arasında birgə şəkliniz, isti, romantik dizayn. Ad gününə, ildönümünə və "sadəcə belə" sürprizlərə.

8.52 ₼-dan Fərdiləşdir
Love Story Vol 3, şəkilli şokolad qutusu

Love Story Vol 3

Qırmızı fonda poçt markası kimi iki şəkil və "Sevgililər Günümüz Mübarək" yazısı. 14 Fevral üçün hazır dizayn.

8.52 ₼-dan Fərdiləşdir
Milka, şəkilli şokolad qutusu

Milka

Milka üslubunda bənövşəyi dizayn, Alp dağları fonunda birgə şəkliniz. Sevgiliyə, rəfiqəyə və Milka sevənlərə.

8.52 ₼-dan Fərdiləşdir
Netflix, şəkilli şokolad qutusu

Netflix

Netflix afişası kimi: "baş rollarda" sizin adlarınız, altında qısa təsvir və şəkliniz. Cütlüklərə və zarafatı sevən dostlara.

8.52 ₼-dan Fərdiləşdir
Pampers, şəkilli şokolad qutusu

Pampers

Zarafat qutusu: dostunuzun üzü körpənin bədəninə oturur. Adi şəkil yükləyin — fonu sayt özü kəsir, altında isə ad və öz sözünüz.

8.52 ₼-dan Fərdiləşdir
Polis Qutusu VOL 1, şəkilli şokolad qutusu

Polis Qutusu VOL 1

Qızılı lent, iki bayraq və üstündə «POLİS» yazılmış emblem; aşağıda gecə Bakısı — Alov Qüllələri, Teleqüllə, Heydər Əliyev Mərkəzi və Yol Patrul Xidmətinin maşını. Yuxarıda şəkliniz, altında isə öz cümləniz. 2 İyul Polis Gününə: polisdə xidmət edənə və «böyüyəndə polis olacağam» deyən balaca qəhrəmana.

8.52 ₼-dan Fərdiləşdir
Polis Qutusu VOL 2, şəkilli şokolad qutusu

Polis Qutusu VOL 2

Eyni qızılı emblem, eyni gecə Bakısı, ancaq küçədə Post-Patrul Xidmətinin «POLİS» maşını dayanıb — VOL 1-də isə Yol Patrul Xidmətinin maşını var. Yuxarıda şəkliniz, altında isə öz cümləniz. Post-patrulda xidmət edənə: hər gün hansı maşını görürsünüzsə, onu seçin.

8.52 ₼-dan Fərdiləşdir
Qardaş demə lazım olar Qarfield, şəkilli şokolad qutusu

Qardaş demə lazım olar Qarfield

Əlində ürək tutan Qarfield və "Qardaş demə, lazım olar" yazısı. Qardaşa və qardaş qədər yaxın dosta, gülüş zəmanətlidir.

8.52 ₼-dan Fərdiləşdir
Silahlı Qüvvələr VOL 1, şəkilli şokolad qutusu

Silahlı Qüvvələr VOL 1

Kamuflyaj fonunda qızılı lent və hərbi emblem — dəfnə çələngi, aypara və ulduz, çarpaz qılınclar, iki bayraq; aşağıda gün batanda Bakı, hərbi texnika kolonu, əsgərlər və səmada bayrağımızın rənglərini çəkən təyyarələr. Yuxarıda şəkliniz, altında isə öz cümləniz. 26 İyun Silahlı Qüvvələr Gününə — əsgərə, zabitə, veterana.

8.52 ₼-dan Fərdiləşdir
Yeni Təklif, şəkilli şokolad qutusu

Təklif

Evlilik təklifi üçün karikatura cütlük: iki şəkil yükləyirsiniz, üzlər gəlinlə bəyin yerinə düşür. Yuxarıdakı sözü özünüz yazırsınız — təklif, nişan və ildönümü üçün; düz kameraya baxan portretlər ən yaxşı oturur.

8.52 ₼-dan Fərdiləşdir
Yeni Təklif VOL 2, şəkilli şokolad qutusu

Təklif VOL 2

Zarafatla edilən təklif: gəlin əlində torla dayanıb, bəy isə torun altında tutulub. İki üz şəkli yükləyirsiniz, yuxarıdakı sözü isə özünüz yazırsınız — «hə» cavabını gülə-gülə istəmək üçün.

8.52 ₼-dan Fərdiləşdir
Yeni Təklif VOL 3, şəkilli şokolad qutusu

Təklif VOL 3

Gəlinin əlində açar, bəyin ayağında zəncir — qərar artıq verilib. İki üz şəkli yükləyirsiniz, yuxarıdakı sözü özünüz dəyişirsiniz; təklif və nişan hədiyyəsi üçün.

8.52 ₼-dan Fərdiləşdir
Vəlizar, şəkilli şokolad qutusu

Vəlizar

Məşhur "Vəlizar" zarafatı çəhrayı fonda. Dostunuzu güldürmək üçün ən qısa yol, ad günü və ya səbəbsiz sürpriz.

8.52 ₼-dan Fərdiləşdir
Yaşıl Spotify, şəkilli şokolad qutusu

Yaşıl Spotify

Şəkliniz bütün qutunu tutur, altında isə yaşıl Spotify paneli: mahnının linkini yapışdırın, skan olunan kod qutuya çap olunur. Birlikdə dinlədiyiniz mahnı üçün.

8.52 ₼-dan Fərdiləşdir
Zəncirli Box, şəkilli şokolad qutusu

Zəncirli Box

Şəkliniz əllə çəkilmiş tikanlı məftil çərçivəsinin içində, altında isə bir cümləniz. Sərt çərçivə və yumşaq söz — bir yerdə yaxşı oturur.

8.52 ₼-dan Fərdiləşdir

Ad gününə nə hədiyyə etmək olar?

Ad günü sahibinin şəkli, adı və sizin təbrikinizlə çap olunan fərdi şokolad qutusu. Hazır dizaynı siz seçirsiniz, şəkli yükləyirsiniz, yazıları özünüz yazırsınız və qutunun necə görünəcəyini sifariş etməzdən əvvəl elə saytda görürsünüz; içinə qoyulacaq plitkanı da özünüz seçirsiniz — Kinder, Milka, Alyonka və mağazadan tanıdığınız digər brendlər.

Ad günü hədiyyəsində nə işləyir

Ad günü ilin yeganə günüdür ki, insan bütün diqqətin özünə yönəlməsini normal sayır. Elə buna görə də bu gündə ümumi hədiyyə yox, şəxsi hədiyyə işləyir: öz şəkli, öz adı, bir tarix, yalnız ikinizə aydın olan bir cümlə.

Qutu süfrəyə qoyulanda da, telefona çəkiləndə də ilk baxılan yer şəkildir. Şokolad bir axşamda bitir, qutu isə çox vaxt saxlanılır — şkafın üstündə, iş masasında, uşağın rəfində. Ona görə şəkli diqqətlə seçin, yazıları isə qısa saxlayın: ad, yaş və bir cümlə kifayətdir. Qısa yazı qutunu səliqəli göstərir, uzun mətn isə diqqəti şəkildən yayındırır.

Sonrası kimə aldığınızdan asılıdır. Sevgiliyə və həyat yoldaşına ikinizin ortaq şəkli, tanış olduğunuz tarix, "bizim" dediyiniz mahnı işləyir. Uşağa parlaq, tanıdığı qəhrəmanı olan qutu lazımdır — o, qablaşdırmanı adını oxumamışdan tanıyır. Dosta zarafat yaxşı gedir, iş yoldaşına isə masanın üstündə qala bilən sakit bir şey. Anaya və nənəyə köhnə ailə şəkli — çox vaxt hamının yadından çıxmış, albomdan axtarılıb tapılası bir şəkil; belə hədiyyə şokolada görə deyil, o şəklə görə yadda qalır.

Yaş da seçimi dəyişir. Yuvarlaq yaşda — 30, 40, 50 — adamlar daha ciddi, saxlanıla bilən qutu seçirlər; uşaq ad günlərində isə əksinə, ən parlaq variant işləyir.

Hansı dizaynı seçmək?

Spotify və Dark Spotify qutunun üzünü mahnı kartına çevirir: şəkil, mahnının adı, səs xətti və skan olunan kod. İkinizin bir mahnısı varsa və ad günü sevgilinizin və ya həyat yoldaşınızındırsa, bu dizayn artıq əlavə söz tələb etmir. Eyni ovqatdakı başqa variantları sevgiliyə hədiyyə səhifəsində görə bilərsiniz.

Kinder, Barbie, Avtomobil və Pampers uşaqlar üçündür. Uşaq öz şəklini tanıdığı qablaşdırmanın üstündə görür, qutu onun üçün oyuncaq qədər aydın olur. Milka və Alyonka böyüklərdə də işləyir, çünki o rəngləri hamı uşaqlıqdan tanıyır; Alyonkanın azərbaycan üslubunda çəkilmiş variantı da var. Uşaq üçün bütün seçimlər uşağa hədiyyə səhifəsindədir.

Netflix, Google və Frame & Player zarafat üçündür: adı serial afişasına, axtarış sorğusuna və ya kadr çərçivəsinə salırsınız. Dosta, qardaşa, iş yoldaşına — yəni gülüşün hədiyyənin yarısı olduğu adamlara.

Ulduz xəritəsi, Bürc & Astronimiya və Lokasiya daha sakit dizaynlardır. Ulduz xəritəsi doğulduğu gecə göyün hansı vəziyyətdə olduğunu göstərir, Lokasiya doğulduğu və ya böyüdüyü yerin küçələrini, Bürc isə bürcünün işarəsini. Valideynə, nənəyə, yuvarlaq yaşa — hədiyyənin ciddi görünməsini istədiyiniz hallara.

Love Story və Love is… cütlər üçündür, Təklif isə ad gününü eyni zamanda başqa bir günə çevirmək istəyənlər üçün. Hamısını yan-yana görmək üçün dizaynlar kataloquna baxın: seçim orada daha tez olur, çünki hər dizaynı öz şəklinizlə dərhal yoxlaya bilirsiniz.

Necə sifariş etmək olar?

  1. Kataloqdan dizaynı seçin və onun səhifəsini açın.
  2. Şəkli yükləyin, adı, yaşı və təbriki yazın. Qutu elə o anda ekranda qurulur, istədiyiniz qədər dəyişə bilərsiniz.
  3. İçinə qoyulacaq şokoladı seçin — Kinder, Milka, Alyonka və ya siyahıdakı digər plitkalardan.
  4. İstəsəniz qablaşdırma, məktub və canlı şəkil əlavə edin.
  5. Çatdırılma üsulunu seçib sifarişi tamamlayın. Ödəniş kartla və ya bank köçürməsi ilə olur.

Ekranda gördüyünüz qutu sifarişin əsasıdır: nə görürsünüzsə, o çap olunur. Ona görə təsdiqləməzdən əvvəl adın yazılışına və tarixə bir daha baxın.

Nə əlavə etmək olar?

  • Polaroid məktub — şəkliniz və sizin sözlərinizlə çap olunan kart, qutunun içinə qoyulur.
  • Canlı şəkil — telefonu qutudakı şəklə tutursunuz, öz videonuz şəklin üstündə oynayır, heç bir proqram yükləmək lazım deyil.
  • Hədiyyə qablaşdırması — naxışlı kağız və lent; qutu açılmamış halda da hədiyyə kimi görünür.

Hazırlanma və çatdırılma

Hər qutu əllə hazırlanır. Sifariş adətən 1–3 iş günü ərzində hazırlanır və çatdırılır. Ad gününə az qalıbsa, sifarişi mümkün qədər tez verin və ödəniş səhifəsindəki təcili seçimini işarələyin.

Bakıda ünvana çatdırırıq, istəsəniz metro stansiyalarından birində təhvil veririk — iş gününün ortasında bu çox vaxt daha rahat olur. Azərbaycanın bütün bölgələrinə poçtla göndəririk; bölgə sifarişini tarixdən bir neçə gün əvvəl vermək yaxşıdır. Hədiyyəni birbaşa ad günü sahibinə göndərmək istəyirsinizsə, sifarişdə onun adını, telefonunu və ünvanını yazın.

Fərdi hazırlanan məhsullar geri qəbul edilmir, lakin çatdırılma zamanı zədələnmiş qutu dəyişdirilir. Sualınız olsa, hər gün 10:00–20:00 arasında +994 99 230 80 50 nömrəsinə zəng edə, WhatsApp və ya Instagramda yaza bilərsiniz.

Hansı şəkil daha yaxşı çıxır?

Üzün aydın göründüyü, işıqlı şəkil. Telefonla çəkilmiş şəkil tam kifayətdir, əsas odur ki, orijinal olsun: mesajlaşmadan yüklənmiş, bir neçə dəfə ötürülmüş şəkillər çapda dağılır. İki nəfərlik dizaynlarda ikinizin bir yerdə olduğu şəkli seçin, uşaq dizaynlarında isə üzün kadrı doldurduğu şəkli.

Şəkil zəif çıxıbsa nə olur?

Bunu sifariş etməmişdən əvvəl özünüz görürsünüz: şəkli yükləyən kimi qutu ekranda qurulur, üz kiçik qalıbsa və ya arxa plan çox qarışıqdırsa, dərhal başqa şəkil yükləyirsiniz. Eyni şəkli bir neçə dizaynda yoxlayıb hansında daha yaxşı oturduğuna baxmaq da olar. Şübhəniz qalırsa, sifariş etməmişdən əvvəl WhatsApp-da soruşun.

Yazıları rus və ya ingilis dilində yazmaq olarmı?

Bəli. Yazı sahələrinə hansı dildə yazırsınızsa, qutuda da o cür çap olunur: azərbaycan, rus, ingilis dilləri, hərflər və durğu işarələri. Adı necə istəyirsinizsə, o cür yazın — "Günel" və "Гюнель" fərqli çap olunur, seçim sizindir.

Suallar

Tez-tez soruşulan suallar

Ad günü hədiyyəsi neçə günə hazır olur?
Sifariş adətən 1–3 iş günü ərzində hazırlanıb çatdırılır. Tarix yaxındırsa, sifarişi tez verin və Instagramda bizə yazın.
Qutuya ad günü sahibinin adını və yaşını yaza bilərəmmi?
Bəli. Dizayndakı yazı sahələrinə ad, yaş, tarix və təbrik sözlərini yazırsınız; nəticəni sifarişdən əvvəl saytda görürsünüz.
Qutunun içində hansı şokolad olur?
Şokoladı özünüz seçirsiniz: Milka, Alpen Gold və digər brendlərin 90–105 qramlıq plitkaları.
Hədiyyəni birbaşa ad günü sahibinə göndərə bilərsinizmi?
Bəli. Sifarişdə alıcının adını, telefonunu və ünvanını yazın, Bakıda qapıya çatdırırıq, bölgələrə poçtla göndəririk.