Instagramda Yaz
Məhsullar 🍫 Dizaynlar 🎉 Hədiyyə fikirləri 🎁 Qablaşdırma 💌 Polaroid məktubYeni 🎬 Canlı şəkilYeni 🏢 Şirkətlər üçünTezliklə
💍 Xonça və nişanTezliklə
Əlaqə 📞 +994 99 230 80 50 💬 WhatsApp
Məlumat Necə İşləyir Suallar Rəylər Əlaqə
Hesab Səbət Giriş Qeydiyyat
✨ Hər şeyi olana

Qeyri-adi hədiyyə, üzərində onun şəkli olan qutu

Qeyri-adi hədiyyə bahalı əşya deyil. Üzərində onun öz şəkli və sizin sözləriniz olan şokolad qutusu evindəki heç bir şeyə bənzəmir — çünki onu mağaza deyil, siz yığırsınız.

Qutu 6.90 ₼-dan Öz şəkliniz və sözləriniz Bakıda və bölgələrə çatdırılma
6 dizayn

Bu münasibətə uyğun dizaynlar

Birini seçin, şəklinizi yükləyin və sözlərinizi yazın, qutunun necə görünəcəyini dərhal görəcəksiniz.

Bürc & Astronimiya, şəkilli şokolad qutusu

Bürc & Astronimiya

Kosmos: bənövşəyi işıq, Süd Yolu və minlərlə ulduz, aşağıda ağa keçir. Künclərə qədər dolu, poster kimi görünən dizayn. Tarix, saat və yer sifariş səhifəsində seçilir; ad, koordinatlar və tarix avtomatik yazılır.

8.52 ₼-dan Fərdiləşdir
Dark Spotify, şəkilli şokolad qutusu

Dark Spotify

Tünd Spotify pleyeri: şəkliniz, mahnının adı və ifaçı. "Bizim mahnımız" olan cütlüklər və musiqi sevənlər üçün.

8.52 ₼-dan Fərdiləşdir
Frame & Player, şəkilli şokolad qutusu

Frame & Player

İki sevimli şey bir yerdə: şəkliniz Instagram paylaşımı kimi, altında isə musiqi pleyeri. Ailəyə, sevgiliyə və dosta uyğundur.

8.52 ₼-dan Fərdiləşdir
Kinoya gedək?, şəkilli şokolad qutusu

Kinoya gedək?

«Kinoya gedək?» — dəvət qutusu: kinolent, bilet və «Film səndən, biletlər məndən» yazısı. Doldurmağa heç nə yoxdur, sadəcə içindəki şokoladı seçin.

8.52 ₼-dan Fərdiləşdir
Lokasiya, şəkilli şokolad qutusu

Lokasiya

Qara fon, ağ küçələr — sizin yerinizin xəritəsi. Metro, ev, ilk görüş yeri: ünvanı yazın, xəritəni barmağınızla tutub lazımi kadrı seçin. Xəritə məlumatları: © OpenStreetMap.

8.52 ₼-dan Fərdiləşdir
Netflix, şəkilli şokolad qutusu

Netflix

Netflix afişası kimi: "baş rollarda" sizin adlarınız, altında qısa təsvir və şəkliniz. Cütlüklərə və zarafatı sevən dostlara.

8.52 ₼-dan Fərdiləşdir

Hər şeyi olan adama nə almaq olar?

Çətinlik burasındadır ki, o adamın çatışmayan bir şeyi yoxdur. Ona görə axtarış adətən daha bahalı əşya ilə bitir, halbuki məsələ qiymətdə deyil. Üzərində onun öz şəkli və sizin sözləriniz olan şokolad qutusu suala başqa cür cavab verir: belə qutu hazır halda satılmır.

Qeyri-adi olan şokolad deyil, qapaqdır

Açığını deyək: içindəki plitka adi plitkadır. Qeyri-adi olan qapaqdır. Hədiyyəni açan adam əvvəlcə öz üzünü görür, sonra yazını oxuyur, sonra qutunu yanındakılara göstərir — hazır şirniyyat qutusunda bunların heç biri olmur.

Bir fərq də var: şokolad bir axşamda bitir, qapaq isə qalır. Çox adam onu atmır, rəfə və ya iş masasının üstünə qoyur.

Elə buna görə sözlərə vaxt ayırın. «Ad günün mübarək» hər kəsə yazıla bilər, ona görə heç nə demir. Yalnız ikinizin bildiyi bir cümlə işə yarayır: evdə çağırdığınız ad, çoxdankı zarafat, bir tarix.

Nə əlavə etmək olar?

  • Canlı şəkil — qutuya QR kod çap edirik; hədiyyəni alan QR kodu oxuyub telefonu qutunun şəklinə tutanda, sizin videonuz şəklin üstündə oynayır, tətbiq yükləmədən. Hədiyyədə ən çox təəccübləndirən hissə adətən elə budur.
  • Polaroid məktub — şəkil və sizin sözlərinizlə çap olunub qutunun içinə qoyulur.
  • Hədiyyə qablaşdırması — qutunu naxışlı kağıza büküb lentlə bağlayırıq.

Hansı dizaynı seçmək?

Bəzi dizaynlarda şəklin yerinə gecə səmasını seçmək olar: seçdiyiniz tarixdə, seçdiyiniz yerin üstündəki səma çap olunur. «Lokasiya» dizaynları bir ünvanın ətrafındakı küçələri çəkir — böyüdüyü həyət, illərdir oturduğunuz kafe. Hamısını dizaynlar kataloqunda öz şəklinizlə dərhal yoxlaya bilərsiniz.

Gül dəstəsi almaq fikrindəydinizsə, gül əvəzinə səhifəsinə baxın.

Hazırlanma və çatdırılma

Hər qutu əl ilə hazırlanır. Sifariş verərkən ən tez hansı günü seçə biləcəyinizi səhifə özü göstərir; «Təcili hazırlansın» seçsəniz, sifariş növbədənkənar hazırlanır və qutu bir neçə saat ərzində hazır olur. Bakıda ünvana çatdırırıq, istəsəniz metro stansiyasında təhvil veririk, bölgələrə poçtla göndəririk. Ödəniş kartla və ya bank köçürməsi ilə olur, dəqiq məbləği səbətdə görürsünüz.

Suallar

Tez-tez soruşulan suallar

Bu niyə qeyri-adi hədiyyə sayılır?
Çünki qapaqdakı şəkli və sözləri siz seçirsiniz — eynisi başqasında olmur. İçindəki plitka adi plitkadır, qeyri-adi olan qapaqdır.
Hansı şəkil daha yaxşı çıxır?
Üzün aydın göründüyü işıqlı şəkil; faylı telefonun qalereyasından olduğu kimi yükləyin. Qutunun necə görünəcəyini sifariş etməzdən əvvəl ekranda görürsünüz.
Hədiyyəni birbaşa ona çatdıra bilərsinizmi?
Bəli. Çatdırılma ünvanına onun adını, telefonunu və ünvanını yazın; qiymət etiketi qutuya qoyulmur. Bakıda ünvana çatdırırıq, bölgələrə poçtla göndəririk.
Canlı şəkil üçün proqram yükləmək lazımdır?
Xeyr, tətbiq yükləmək lazım deyil. Qutuya çap olunan QR kodu oxuyursunuz, sonra telefonu qutunun şəklinə tutursunuz — videonuz şəklin üstündə oynayır.
Qutu neçəyə başa gəlir?
Qiymət dizayna və içinə seçdiyiniz şokolada görə dəyişir, dəqiq məbləği səbətdə görürsünüz.