Tələsəndə nə etmək mümkündür?
Qutular əl ilə hazırlanır, ona görə sifariş verərkən ən tez hansı günü seçə biləcəyinizi səhifə özü göstərir. Təqvimdə ondan əvvəlki günlər seçilmir, yəni vaxtınızın çatıb-çatmadığını ödəniş etməmişdən əvvəl görürsünüz.
Tarix çox yaxındırsa, üç yol var:
- «Təcili hazırlansın» — dizayn səhifəsindəki və səbətdəki seçim: sifariş növbədənkənar hazırlanır, qutu bir neçə saat ərzində hazır olur.
- Metroda təhvil — seçdiyiniz Bakı stansiyasında görüşürük; iş gününün ortasında bu çox vaxt daha rahat olur.
- Daha erkən gün lazımdırsa, sifarişi verin və dərhal bizə yazın.
Qapıya çatdırılma yalnız Bakı daxilindədir, yeri xəritədə özünüz seçirsiniz. Bölgəyə poçtla göndəriləndə hazırlanmanın üstünə yol vaxtı da gəlir, ona görə belə sifarişi son günə saxlamayın.
Üç şey əvvəlcədən hazır olsun
Tələsəndə vaxtın çoxu seçimə deyil, şəkil axtarmağa gedir. Dizaynı açmamışdan əvvəl bunları hazırlayın:
- Şəkil — üzün aydın göründüyü işıqlı şəkil, telefondan orijinal fayl. Mesajlaşmada bir neçə dəfə ötürülmüş şəkil çapda dağılır.
- Yazı — ad, tarix və bir cümlə kifayətdir. Hər yazı sahəsinin öz simvol həddi var və nə yazılıbsa, o da çap olunur.
- Alıcının məlumatı — ad, telefon, ünvan. Hədiyyə birbaşa ona gedirsə, qiymət etiketi qutuya qoyulmur.
Hesab açmağa ehtiyac yoxdur: ad, e-poçt və Azərbaycan nömrəsi kifayətdir, hesabı sifarişlə birlikdə biz açırıq.
Tələsəndə hansı dizayn?
Ən tez hazır olan dizaynlar bir şəkil və bir-iki sözlə qurulanlardır: şəkli yükləyirsiniz, adı yazırsınız, qutu elə o anda ekranda görünür. Şəklin yerinə gecə səması seçilən dizaynlar və «Lokasiya» dizaynları isə tarix, saat və yer seçməyi də istəyir — bir neçə qərar artıq olur, son axşam üçün ən rahat variant deyil. Hamısı dizaynlar kataloqunda yan-yanadır.
Sifarişi yarımçıq qoymayın
Sifariş göndəriləndən sonra ödəniş səhifəsinə keçirsiniz: kartla epoint.az-ın qorunan səhifəsində ödəyirsiniz, köçürmə seçsəniz qəbzi həmin səhifəyə yükləyirsiniz. Ödənişi başlamış sifariş bir müddət «yoxlanılır» kimi qalır — bu vaxt ikinci dəfə ödəməyin.
Tələsəndə ən çox buraxılan səhv adın yazılışıdır. Təsdiqləməzdən əvvəl ekrandakı qutuya bir daha baxın: nə görürsünüzsə, o çap olunur. Qərar verə bilmirsinizsə, hər gün 10:00–20:00 arasında zəng edin, WhatsApp-a və ya Instagram-a yazın.